Parlament seçkilərinin nəticələri Azərbaycanın Türkiyədəki layihələrinə təsir edəcək?

Keçirilmiş parlament seçkilərinin nəticələri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki layihələrinə təsir etməyəcək. Bunu Trend-ə müsahibəsində “SOCAR Turkey Enerji”nin rəhbəri, “Petkim” neft-kimya holdinqinin İdarə heyətinin üzvü Kənan Yavuz deyib.
O bildirib ki, parlament seçkilərinin nəticələrinin SOCAR-ın Türkiyədəki layihələrinə təsir etməsindən söhbət gedə bilməz: “SOCAR Türkiyədəki demokratik dəyərlərə inanır və şirkətin bütün layihələri hazırda yubanmadan reallaşdırılır”.
K.Yavuz qeyd edib ki, deyilənlər Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı Transanadolu qaz kəmərinin (TANAP) tikinti layihəsinə də aiddir: “Türkiyədə siyasi və iqtisadi sabitlik gələcəkdə də qorunacaq. Türkiyə demokratik ölkədir və koalisiya hökuməti dövlətin idarəçiliyinə təsir edə bilməz”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO