Parlament jurnalistləri Məleykə Abbaszadə ilə görüşəcəklər

Parlament Jurnalistləri Birliyi (PJB) bir müddət öncə yeni layihəyə başlayıb. PJB-nin bu layihəsi çərçivəsində parlament jurnalistlərinin Azərbaycan cəmiyyətində tanınmış şəxslərlə görüşü keçirilir. Bu sıradan məmurlar, şairlər, yazıçılar, jurnalistlər, QHT rəhbərləri, siyasi və ictimai xadimlərlə görüşlər planlaşdırlıb. Eyni zamanda jurnalistlər layihə çərçivəsində ayrı-ayrı deputatlarla da bir araya gələcəklər.
PJB sədri Elşad Eyvazlı bildirib ki, parlament jurnalistlərinin tanınmış simalarla keçirdiyi görüşlərdə müxtəlif məsələlərə toxunulur, media nümayəndələrinin çoxsaylı sualları cavablandırılır.

PJB üzvləri bu sıradan olan ilk görüşləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, ardınca Mətbuat Şurasının sədri Əflatun Amaşovla keçiriblər.

E.Eyvazlı deyib ki, növbəti belə görüş sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə keçiriləcək.

Qeyd edək ki, belə görüşlərin stenoqramı və fotoşəkilləri bütünlüklə Modern.az saytında yerləşdirilir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO