|
|
|
 Hər halda belə bir nəticəyə Azərbaycan prezidenti ilə görüşündən sonra ABŞ dövlət katibinin köməkçisi Devid Kramer gəlib. Jurnalistlərlə söhbətində Kramer deyib ki, prezident İlham Əliyevlə görüş zamanı onun nəzərinə həbsdə olan jurnalistlərlə bağlı Birləşmiş Ştatların narahatlığı çatdırılıb. Diplomat «Məndə belə bir təsəvvür yaranıb ki, Azərbaycan prezidenti bu ilin sonunda həbs edilmiş jurnalistlərin məsələsini müsbət həll edəcək», - deyə bildirib. D.Kramer jurnalistlərə qarşı zorakılıq hallarına son qoyulmasının vacibliyini vurğulayıb. |
 Bakı Apelyasiya Məhkəməsində Nəsimi rayon məhkəməsinin qərarına dair vəkil Elçin Sadıqovun şikayəti araşdırılıb. Bunu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstituna istinadən Day.az saytı xəbər verir. |
 Moskva dairə hərbi məhkəməsi «Novaya qazeta»nın icmalçısı Anna Politkovskayanın qətli ilə bağlı cinayət işini araşdırmaq üçün andlılar kollegiyasını formalaşdırıb. RİA Novosti kollegiyaya 12 əsas və 8 ehtiyat iclasçısının daxil edildiyini bildirir. |
 «Gündəlik Azərbaycan» qəzetinin azadlıqdan məhrum edilmiş baş redaktoru Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovu məhkəməyə verib. Day.Az Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən məlumatın vəkil İsaxan Aşurovdan gəldiyini bildirir. |
 ABŞ dövlətinin yeni seçilmiş prezidenti Barak Obamanın ilk televiziya müsahibəsini 24.5 milyon tamaşaçı izləyib. Məlumatı bazar ertəsi Nielsen Media Research şirkətinə istinadən Reuters agentliyi yayıb. |
 Sudan polisi Xartumda ölkədəki senzuraya qarşı etiraz edən 70-ə yaxın jurnalisti həbs edib. Şahidlərin sözlərinə görə, bazar ertəsi səhər yüzlərlə jurnalist Sudan parlamentinin binası qarşısında senzuranın gücləndirilməsinə qarşı etiraz aksiyası keçirib. Bundan əlavə reportyorlar hakimiyyəti ölkənin şimalında gedən vətəndaş müharibəsini dayandırmağa çağırıb. |
 Associated Press agentliyinin noyabrın 17-də yaydığı məlumatda deyilir ki, Filippində tanınmış müxalifət jurnalisti qətlə yetirilib. Polisin məlumatına görə, Cinquq cənub şəhərində cinayətkar bir neçə dəfə radioaparıcı aresio Padriqaoya atış açıb və sonra motosikletlə aradan çıxıb. Jurnalist isə hadisə yerində həlak olub. |
 2006-cı ildə Məhəmməd Peyğəmbərin karikaturaları ilə məşhurlaşmış danimarkalı rəssam Kurt Vesterqaard, qalmaqallı mövzunun davamı olan kitaba yeni şəkillər verib. Məlumatı bazar ertəsi Danimarkanın Copenhagen Post nəşri yayıb. |
 Norveç Xarici İşlər Nazirliyi Azərbaycanda BBC, «Azadlıq» və «Amerikanın səsi» xarici radiostansiyaların bağlanması planlarına dair bəyanatla çıxış edib. «Azadlıq» radiosuna istinadən Day.az saytı Novreç xarici siyasət idarəsinin xarici radiostansiyaların bağlanması ilə bağlı narahatlığı ifadə edən bütün bəyanatlarla həmrəy olduğunu bildirir. |
 Associated Press agentliyi İsrail hakimiyyətinin, jurnalistlərin Qəza bölgəsinə girişinə qadağa qoyduğunu xəbər verir. Bu müvəqqəti xarakter daşıyır və bir həftə ərzində qüvvədə olacaq, lakin artıq mətbuat azadlığının pozulduğunu hesab edən KİV, işçilərinin narazılığına səbəb olub. |
 Bazar ertəsi Əfqanıstanın Loqar əyalətində The New York Times qəzetinin jurnalisti və onun tərcüməçisi oğurlanıb. Məlumatı Əfqanıstanın Bahtar rəsmi agentliyinə istinadən RİA Novosti yayıb. China Daily isə jurnalist və tərcüməçi ilə barabər sürücünün də oğurlandığını xəbər verir. Nəşr oğurlanan şəxslərin tam adlarını açıqlamayan yerli administrasiyanın nümayəndəsi Məhəmməd Xalidə istinad edib. |
 Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur. 12 noyabr 1995-ci il tarixində parlamentə demokratik seçkilər keçirilmiş və həmçinin xalq referendumu yolu ilə müstəqil Azərbaycan dövlətinin Konstitusiyası qəbul olunmuşdur. |
 Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində 14-cü Azərbaycan Beynəlxalq «Telekommunikasiya və informasiya texnologiyaları» sərgisi keçirilir. Britaniyanın İTE Group PLC və onun Qafqazdakı partnyoru İteca Caspian LLC şirkəti kimi sərgi təşkilatçılarının sözlərinə görə, «Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri informasiya cəmiyyətinin yaradılmasıdır». |
 Bir ay əvvəl Əfqanıstanda girov götürülmüş Kanadanın CBC telekanalının jurnalisti şənbə günü azadlığa buraxılıb. Məlumatı yayan Reuters agentliyi Melissa Fanqın Kabildə Kanada kontingentinin hərbçilərinə təhvil verildiyini dəqiqləşdirir. Hazırda jurnalist Kanada səfirliyindədir. |
 Moskvada vergilərdən yayınmaqda şübhəli bilinən telestudiyaların birinin baş direktoru saxlanılıb. «İnterfaks» agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirir ki, hadisə noyabrın 6-da paytaxtın mərkəzində yerləşən ofisdə baş verib. |
|
|
|