Ombudsman aparatının əməkdaşları həbsxanada Eynulla Fətullayevlə görüşüblərSözügedən məlumatı Azərbaycan Ombusman aparatının mətbuat-xidmətinə istinadən Day.Az saytı yayıb. Aparat nümayəndələri «Gündəlik Azərbaycan» və «Real Azərbaycan» qəzetlərinin təsisçisi Eynulla Fətullayevin cəza çəkdiyi 12 saylı islah-əmək müəssisəsində olublar.





Ətraflı...
Milli Teleradio Şurasının binası qarşısında etiraz aksiyası keçiriləcəkYanvarın 21-də «Müsavat» partiyası Milli Teleradio Şurasının binası qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. Bu haqda partiyanın mətbuat-xidmətinə istinadən Day.az bildirir. Aksiyaya milli tezliklərdə «Azadlıq», «Amerikanın səsi» və Bi-Bi-Ci radiostansiyalarının yayımının dayandırılması haqqında Milli Teleradio Şurasının qadağası səbəb olmuşdur.

Ətraflı...
Əfqan jurnalistini ilahi qüvvənin inkarına görə həbs ediblərƏfqanıstan hakimiyyəti Kabil qəzetinin redaktorunu bütün dinlər, o cümlədən islamın bəşəriyyətə ilahi qüvvə tərəfindən verilməsini inkar edən məqalənin dərcinə görə həbs ediblər. Məlumatı AFP agentliyi yayıb.
Ətraflı...
Azər Mürsəliyev «Kommersant» qəzetinin baş redaktoru təyin edilib«Qazeta.Ru» nəşrinə istinadən Day.Az saytı Azər Mürsəliyevin «Kommersant» qəzetinin baş redaktoru təyin edildiyini bildirir. Bundan əvvəl o, qəzetin baş redaktorunun müavini işləyib. Qəzetin sabiq baş redaktoru Andrey Vasilyev isə nəşr evinin şef-redaktoru vəzifəsində çalışır.
Ətraflı...
Azərbaycan qəzetinin redaktoru zorakılıqda şübhəli bilinir«Kadr və tərəqqi» Azərbaycan qəzetinin baş redaktoru Zöhrab Sadıqov zorakılıqda şübhəli bilinərək saxlanılmışdır. Bu haqda Ağdam rayon polisinə istinadən APA xəbər verir.



Ətraflı...
Media Hüquqları İnstitutu «Yeni Müsavat» qəzeti jurnalistinin döyülməsi faktını kəskin surətdə pisləyirMedia Hüquqları İnstitutu «Yeni Müsavat» qəzetinin jurnalisti Əfqan Muxtarlının döyülməsi faktını kəskin sürətdə pisləyən bəyanatla çıxış edib. Day.az saytı bu barədə Media Hüquqları İnstitutunun bəyanatında bildirildiyini xəbər verir.
Ətraflı...
İraq hakimiyyəti KİV-lər üçün cərimələr sistemini tətbiq edibReuters agetliyinin məlumatına görə, İraq hakimiyyəti yerli hakimiyyət orqanlarına seçkilərin işıqlandırılması zamanı informasiyanı təşrif edən KİV-lər üçün cərimələr sistemini tətbiq edib. Qəbul olunmuş kodeksi pozan KİV-lər cərimə yaxud ictimaiyyət qarşısında üzr istəməli olacaqlar. Həmçinin onların daşınan əmlakı da müsadirə edilə bilər.
Ətraflı...
Milli tezliklərdə yalnız yerli teleradio yayımçıları fəaliyyət göstərə bilərNoyabrın 26-da Milli Teleradioyayım Şurasının sədri Nuşirəvan Məhərrəmli Norveçin Azərbaycandakı səfiri Yon Ramberqlə görüşüb. Day.az saytına Şuradan daxil olan məlumata əsasən, görüş zamanı Azərbaycanda xarici teleradio yayımçılarının fəaliyyət məsələsi müzakirə olunub.
Ətraflı...
Somalidə iki avropalı jurnalist oğurlanıbÇərşənbə günü AFP agentliyi Somalidə silahlılar tərəfindən ispan və fransız jurnalistlərinin girov götürüldüyünü xəbər verib. Hadisə Somalinin şimal-şərqində özünü dövlət elan etmiş Puntlendin Bossaso iqtisadi mərkəzində baş verib. Jurnalistlərin oğurlanması haqqında AFP agentliyinə Puntlend prezidentinin müşaviri bunları deyib:
Ətraflı...
MTV Obamanın inaqurasiyası şərəfinə bayram təşkil edəcəkMTV musiqi telekanalı ServiceNation ictimai hərəkatla birgə yanvarın 20-də Vaşinqtonda ABŞ prezidenti seçilmiş Barak Obamanın şərəfinə bayram balı təşkil edəcək. Bu haqda məlumat telekanalın saytında yerləşdirilib.
Ətraflı...
Konqoda BMT radiostansiyasının əməkdaşı öldürülübKonqo Demokratik Respublikasında BMT-nin «Okapi» radiostansiyasının əməkdaşı qətlə yetirilib. Məlumatı çərşənbə axşamı Associated Press agentliyi yayıb.
Ətraflı...
YNH iştirakçıları Krasnodar telekanalının reportyorlarını döyüblər«İnterfaks» agentliyi bazar ertəsi axşam Krasnodarda yol-nəqliyyat hadisəsi iştirakçıları və onların tanışlarının qəza yerinə gəlmiş «Krasnodar-plyus» telekanalının çəkiliş qrupuna hücum etdiklərini bildirir.
Ətraflı...
Almaniyada «Hizbullah»ın telekanalına qadağa qoyublarAlmaniya Daxili İşlər Nazirliyinin qərarı ilə ölkə ərazisində «Hizbullah» təşkilatına məxsus «Əl-Manar» telekanalının yayımına qadağa qoyublar. Məlumatı Associated Press agentliyi yayıb.
Ətraflı...
Çin jurnalistini kommunist partiyasına qarşı çıxışlarına görə azadlıqdan məhrum ediblərDövlət quruluşunu pozmaq cəhdində təqsirləndirilən Çin yazıçısı və jurnalist Çen Daotzyun üç il müddətinə azadlıqdan məhrum edilmişdir. AP xəbər verir ki, məhkəmə jurnalistin günahının sübutu kimi təqdim olunan üç məqaləsində kommunist partiyasına qarşı fikirlər aşkar edib.
Ətraflı...
Associated Press ixtisarlar edəcəkDünyanın ən iri informasiya agetliklərindən biri olan Associated Press dünya maliyyə böhranı şəraitində xərcləri azaltmaq üçün 2009-cu ildə işçi qüvvəsini 10% ixtisar edəcək. Məlumatı AP-nın mənbələrinə istinadən Reuters yayıb.
Ətraflı...
← Geri    1 2 3 ... 65 66 67 ... 78 79 80    İrəli →