|
|
|
 Multimedia Mərkəzi «Jurnalistlər üçün informasiya texnologiyaları» adlı kitab çap edib. Kitab informasiya münasibətlərinin, informasiya istehsalı və ötürülməsi prosesinin daha effektiv, çevik qurulması üçün jurnalistlərin yeni informasiya texnologiyalarından səmərəli istifadəsinə yardım məqsədilə yazılıb. |
 ABC News ABŞ prezidenti Barak Obamanın ilk müsahibəni «Əl-Ərəbiyə» ərəb telekanalına verəcəyini bildirir. ABC-nin məlumatına görə, Barak Obamanın bazar ertəsi axşam yazılmış müsahibəsi «Əl-Ərəbiyə»nin efirində yanvarın 27-də Moskva vaxtı ilə saat 07:00-da yayımlanacaq. Prezident Obamanın ilk televiziya müsahibəsinin təfərrüatları hələ ki, açıqlanmır. |
 «Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid azadlıqdakı həmkarlarından narahatdır. O, hər an yenə hansısa jurnalistin həbs ediləcəyi barədə xəbər eşidəcəyini gözləyir. Bunu «Media forum» saytına istinadən baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyeva deyib. |
 Demokratik Jurnalistlər Liqası 2008-ci ildə söz və mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı 356 fakt qeydə alıb. Hesabat dövründə hüquq-mühafizə orqanları 36 KİV əməkdaşını saxlayıb və dindirib. 32 KİV əməkdaşını polislər və mülki şəxslər döyüb, xəsarət yetirib, mənəvi təzyiqlərə və hədə-qorxulara məruz qoyub. |
 The Times yazır ki, Britaniyanın «Bi-Bi-Ci» teleşirkəti İsrailin Qəzza bölgəsindəki hərbi əməliyyatından zərər çəkmiş şəxslər üçün yardım yığımı ilə məşğul olan xeyriyyə təşkilatlarına pulsuz efir təqdim etməkdən boyun qaçırıb. |
 Artıq məlumdur ki, Milli Teleradioyayım Şurası bir neçə telekanala xarici dildə filmlərin nümayişinə görə xəbərdarlıq edib. |
 Yanvarın 22-də Peuters agentliyi, Filippində radiojurnalistin qətlə yetirildiyini xəbər verib. Radioda islam verilişini aparan Bədrudin Abbası, mikroavtobusun iki sərnişini öldürüb. |
 Yanvarın 22-də İsrail xarici jurnalistlərin Qəzza bölgəsinə girişinə qoyulan qadağanı aradan qaldırıb. Associated Press agentliyinin məlumatına görə, onların Fələstin ərazisinə keçməsi üçün nəzərdə tutulmuş Erets nəzarət-buraxılış məntəqəsi cümə günü yanvarın 23-də işini adi rejimdə bərpa edəcək. |
 Bi-Bi-Ci şirkətinin aparıcısı Conatan Ross ədəbsiz telefon oyunu ilə bağlı qalmaqaldan sonra yenidən efirə qayıdır. Bunu cümə axşamı, yanvarın 22-də France Presse xəbər verib. |
 Associated Press, Agence France Presse və Reuters kimi üç iri informasiya agentliyi Ağ Evin mətbuat-xidmətinin verdiyi şəkilləri yaymaqdan imtina edib. AP agentliyinin məlumatına görə, bu, həmin agetliklərinin fotoqraflarının Barak Obamanı ABŞ prezidenti vəzifəsində olduğu ilk gündə oval kabinetdə lentə almağa qadağa qoyulduqdan sonra baş verib. |
 Tacikistanda Rusiyanın «RTR-Planeta» telekanalının proqramlarının translyasiyası dayandırıla bilər. "Central Asian News" informasiya agentliyinin məlumatına görə, belə bəyanatla respublikanının Teleradioyayım Dövlət Komitəsinin sədri Asadullo Raxmonov çıxış edib. |
 Yanvarın 20-də Vaşinqtonda Birləşmiş Ştatların 44-cü prezidenti Barak Obamanın televiziya ilə birbaşa yayımlanan inauqurasiya mərasiminə 37,8 milyon amerikalı baxıb. Xəbəri Nielsen Media Research şirkətinin ilkin məlumatına istinadən TV Week nəşri yayıb. |
 Qlobal iqtisadi böhran üzündən Ümumdünya Qəzet Assosiasiyası martdakı illik konqresin keçirilməsini təxirə salıb. Məlumatı çərşənbə axşamı France Presse agentliyi yayıb. |
 Yanvarın 20-də hüquq müdafiəçiləri ötən gün Moskvanın mərkəzində qətlə yetirilmiş vəkil Stanislav Markelovla jurnalist Anastiya Baburovanın xatirəsini yad etmək məqsədilə aksiya keçiriblər. «İnterfaks»ın məlumatına görə, hüquq-müdafiə təşkilatlarının nümayəndələri və sadə vətəndaşlar qətlin baş verdiyi Preçistinka küçəsinə gül, şam və öldürülən şəxslərin şəkillərini gətiriblər. |
 «Azərbaycan» nəşriyyatı Mətbuat Şurasının reket elan etdiyi qəzetlərlə müqavilə bağlamaqdan imtina edib. Bunu APA-ya «Azərbaycan» nəşriyyatı direktorunun müavini Bəsti İsmayılova deyib. |
|
|
|