Şübhəsiz, hər bir qəzetçinin günü elə qəzetlə başlayır. Hər naşir də öncə öz məhsulunu - dünən axşam mətbəəyə yolladığı qəzetini axtarır: nə gedib, necə gedib? Bəs sonra? ....
Söz Azadlığını Müdafiə Fondunun saytının kollektivi adından bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik, onlara uzun ömür, can sağlığı, şəxsi həyatlarında uğur arzulayırıq!
Martın 6-da "Excelsior" otelinin "Əlincə" zalında "Azərbaycan qadını naminə" kitabının çapdan çıxmasına həsr olunmuş mətbuat konfransı keçiriləcək. ....
Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi münasibətilə İranın və Azərbaycanın müasir qadın şair və yazıçılarının bir qrupuna Təbrizdə "Ziya" mükafatı təqdim olunub. ....
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2007 və 2008-ci illərdə Rusiya Federasiyasının tanınmış mütəxəssislərinin iştirakı etdiyi "Ekoloji problemlərin həllində kitabxanaların rolu" seminar-treninqlər keçirilib. Hal-hazırda bu istiqamətdə silsilə tədbirlər davam etdirilir. .....
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Azərbaycan şairi Haşım bəy Saqibin (1871-1931) şeirlər toplusunu nəşr etdirib. ....
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi ölkəmizin mədəniyyəti, tarixi və elminin təbliği məqsədilə Budapeştdə yerləşən Avropa Folklor İnstitutu ilə birgə macar dilində "Azərbaycan mədəniyyəti Macarıstanda" adlı silsilə kitabların nəşrinə başlayıb. ....
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) böyük rus yazıçısı Anton Çexovun 150 illik yubileyi ilə əlaqədar "Çexovun Rusiyası" adlı sərginin açılışı keçirilib. Bu barədə mərkəzdən məlumat verilib. Sərgidə məşhur Rusiya kolleksioneri V.Belikovun kolleksiyasından nadir materiallar təqdim edilib. ....
Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfiri cənab Fəxrəddin Qurbanov bu günlərdə Britaniya Kitabxanasında olub və kitabxananın İdarəetmə Şurasının Sədri Ser Kolin Lukasla görüşüb. Böyük Britaniyanın Kitabxanasında qədim əlyazmalardan ibarət yeni kolleksiya nümayiş etdirilib. ....
Azərbaycan Karikaturçular Birliyinin sədri, əməkdar incəsənət xadimi Bayram Hadızadənin "Neft və Karikatura" kitabı işıq üzü görüb. Topluda 300-dən çox əsər öz əksini tapıb. ...
APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbələri üçün mühazirə oxuyub. ....
Dünən Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. Şura sədrinin müavini Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiya üzvləri 6 müraciəti araşdıraraq müvafiq rəylər çıxarıb. ....
Bu gün Bakı şəhər 1 saylı Yerli İqtisaq Məhkəməsində “Mozalan” jurnalının Azərbaycan Mətbuat Şurasına qarşı iddiası əsasında məhkəmə prosesi yekunlaşıb. Hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçirilən proses nəşrin Şuraya qarşı iddiasının təmin edilməməsi ilə yekunlaşıb. ....