İraq hakimiyyəti KİV-lər üçün cərimələr sistemini tətbiq edibReuters agetliyinin məlumatına görə, İraq hakimiyyəti yerli hakimiyyət orqanlarına seçkilərin işıqlandırılması zamanı informasiyanı təşrif edən KİV-lər üçün cərimələr sistemini tətbiq edib. Qəbul olunmuş kodeksi pozan KİV-lər cərimə yaxud ictimaiyyət qarşısında üzr istəməli olacaqlar. Həmçinin onların daşınan əmlakı da müsadirə edilə bilər.
Ətraflı...
Milli tezliklərdə yalnız yerli teleradio yayımçıları fəaliyyət göstərə bilərNoyabrın 26-da Milli Teleradioyayım Şurasının sədri Nuşirəvan Məhərrəmli Norveçin Azərbaycandakı səfiri Yon Ramberqlə görüşüb. Day.az saytına Şuradan daxil olan məlumata əsasən, görüş zamanı Azərbaycanda xarici teleradio yayımçılarının fəaliyyət məsələsi müzakirə olunub.
Ətraflı...
Somalidə iki avropalı jurnalist oğurlanıbÇərşənbə günü AFP agentliyi Somalidə silahlılar tərəfindən ispan və fransız jurnalistlərinin girov götürüldüyünü xəbər verib. Hadisə Somalinin şimal-şərqində özünü dövlət elan etmiş Puntlendin Bossaso iqtisadi mərkəzində baş verib. Jurnalistlərin oğurlanması haqqında AFP agentliyinə Puntlend prezidentinin müşaviri bunları deyib:
Ətraflı...
MTV Obamanın inaqurasiyası şərəfinə bayram təşkil edəcəkMTV musiqi telekanalı ServiceNation ictimai hərəkatla birgə yanvarın 20-də Vaşinqtonda ABŞ prezidenti seçilmiş Barak Obamanın şərəfinə bayram balı təşkil edəcək. Bu haqda məlumat telekanalın saytında yerləşdirilib.
Ətraflı...
Konqoda BMT radiostansiyasının əməkdaşı öldürülübKonqo Demokratik Respublikasında BMT-nin «Okapi» radiostansiyasının əməkdaşı qətlə yetirilib. Məlumatı çərşənbə axşamı Associated Press agentliyi yayıb.
Ətraflı...
YNH iştirakçıları Krasnodar telekanalının reportyorlarını döyüblər«İnterfaks» agentliyi bazar ertəsi axşam Krasnodarda yol-nəqliyyat hadisəsi iştirakçıları və onların tanışlarının qəza yerinə gəlmiş «Krasnodar-plyus» telekanalının çəkiliş qrupuna hücum etdiklərini bildirir.
Ətraflı...
Almaniyada «Hizbullah»ın telekanalına qadağa qoyublarAlmaniya Daxili İşlər Nazirliyinin qərarı ilə ölkə ərazisində «Hizbullah» təşkilatına məxsus «Əl-Manar» telekanalının yayımına qadağa qoyublar. Məlumatı Associated Press agentliyi yayıb.
Ətraflı...
Çin jurnalistini kommunist partiyasına qarşı çıxışlarına görə azadlıqdan məhrum ediblərDövlət quruluşunu pozmaq cəhdində təqsirləndirilən Çin yazıçısı və jurnalist Çen Daotzyun üç il müddətinə azadlıqdan məhrum edilmişdir. AP xəbər verir ki, məhkəmə jurnalistin günahının sübutu kimi təqdim olunan üç məqaləsində kommunist partiyasına qarşı fikirlər aşkar edib.
Ətraflı...
Associated Press ixtisarlar edəcəkDünyanın ən iri informasiya agetliklərindən biri olan Associated Press dünya maliyyə böhranı şəraitində xərcləri azaltmaq üçün 2009-cu ildə işçi qüvvəsini 10% ixtisar edəcək. Məlumatı AP-nın mənbələrinə istinadən Reuters yayıb.
Ətraflı...
Jurnalistlər azad olunacaqHər halda belə bir nəticəyə Azərbaycan prezidenti ilə görüşündən sonra ABŞ dövlət katibinin köməkçisi Devid Kramer gəlib. Jurnalistlərlə söhbətində Kramer deyib ki, prezident İlham Əliyevlə görüş zamanı onun nəzərinə həbsdə olan jurnalistlərlə bağlı Birləşmiş Ştatların narahatlığı çatdırılıb. Diplomat «Məndə belə bir təsəvvür yaranıb ki, Azərbaycan prezidenti bu ilin sonunda həbs edilmiş jurnalistlərin məsələsini müsbət həll edəcək», - deyə bildirib. D.Kramer jurnalistlərə qarşı zorakılıq hallarına son qoyulmasının vacibliyini vurğulayıb.
Ətraflı...
«Azadlıq» qəzeti baş redaktorunun vəkili ilə görüşünə qadağa qoyulubBakı Apelyasiya Məhkəməsində Nəsimi rayon məhkəməsinin qərarına dair vəkil Elçin Sadıqovun şikayəti araşdırılıb. Bunu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstituna istinadən Day.az saytı xəbər verir.
Ətraflı...
Məhkəmə Politkovskayanın qətli ilə bağlı məhkəmə üçün andlıları seçibMoskva dairə hərbi məhkəməsi «Novaya qazeta»nın icmalçısı Anna Politkovskayanın qətli ilə bağlı cinayət işini araşdırmaq üçün andlılar kollegiyasını formalaşdırıb. RİA Novosti kollegiyaya 12 əsas və 8 ehtiyat iclasçısının daxil edildiyini bildirir.
Ətraflı...
Eynulla Fətullayev xarici işlər nazirini məhkəməyə verib«Gündəlik Azərbaycan» qəzetinin azadlıqdan məhrum edilmiş baş redaktoru Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovu məhkəməyə verib. Day.Az Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən məlumatın vəkil İsaxan Aşurovdan gəldiyini bildirir.
Ətraflı...
Prezident Obamanın ilk televiziya müsahibəsini 24,5 milyon tamaşaçı izləyibABŞ dövlətinin yeni seçilmiş prezidenti Barak Obamanın ilk televiziya müsahibəsini 24.5 milyon tamaşaçı izləyib. Məlumatı bazar ertəsi Nielsen Media Research şirkətinə istinadən Reuters agentliyi yayıb.
Ətraflı...
Sudanda 70-ə yaxın jurnalist həbs olunubSudan polisi Xartumda ölkədəki senzuraya qarşı etiraz edən 70-ə yaxın jurnalisti həbs edib. Şahidlərin sözlərinə görə, bazar ertəsi səhər yüzlərlə jurnalist Sudan parlamentinin binası qarşısında senzuranın gücləndirilməsinə qarşı etiraz aksiyası keçirib. Bundan əlavə reportyorlar hakimiyyəti ölkənin şimalında gedən vətəndaş müharibəsini dayandırmağa çağırıb.
Ətraflı...
← Geri    1 2 3 ... 179 180 181 ... 192 193 194    İrəli →