Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi: «Jurnalistlər peşəkar fəaliyyətə görə həbs olunmamalıdır»Azərbaycanda Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek hakimiyyəti həbsxanalarda cəza çəkən üç jurnalisti azad etməyə çağırıb. «Jurnalistlər peşəkar fəaliyyətə görə həbs olunmamalıdır», - deyə Veronika Kotek çərşənbə axşamı jurnalistlərə bildirib.
Ətraflı...
Ali Məhkəmə «Azadlıq» qəzetinin məhkum edilmiş baş redaktorunun şikayətini rədd edibÖtən gün Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrliyi ilə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin Bakı Apelyasiya Məhkəməsinin qərarına qarşı kassasiya şikayətinə baxılıb. Day.az xəbər verir ki, məlumat jurnalistin vəkilindən daxil olub.
Ətraflı...
«Azadlıq Radiosu»nun rus xidmətinin baş redaktoru xəstəxanaya düşüb«Azadlıq Radiosu»nun rus xidmətinin baş redaktoru Pyotr Vayl Praqa xəstəxanalarının birinə yerləşdirilib. Məlumatı «Exo Moskvı» radiostansiyası yayıb.


Ətraflı...
İraqda ABŞ jurnalistini girov götürənlər həbs olunubBazar ertəsi CNN telekanalının yaydığı məlumata görə, Amerika hərbçiləri İraqda 2006-cı ildə amerikalı jurnalisti Cıll Kerrorlun oğurlanmasında şübhəli bilinən «Əl-Qaidə»nin iki döyüşçüsünü həbs ediblər.
Ətraflı...
Pekin Olimpiadasının yayımı ABŞ-da rekord auditoriyanı toplayıbReuters agentliyi Nielsen Media Research şirkətinin tədqiqatlarına istinadən Pekin Olimpiadasının ABŞ-da rekord televiziya göstəricilərinə səbəb olduğunu bildirir.

Ətraflı...
Xilasedicilər Novosibirsk jurnalistini Altay dağlarında tapa bilməyibBazar ertəsi «İnterfaks» agentliyi Altay dağlarında itkin düşmüş Novosibirsk jurnalisti Yuri Quselnikovun axtarışının bir nəticə vermədiyini xəbər verib. Rusiya Federasiyası Fövqəladə hallar Xidmətinin Altay respublikası üzrə Baş İdarəsinin mətbuat-xidmətinin rəhbəri Svetlana Lyaşko «İnsanın itə biləcəyi Ak-Kem çayı yanındakı cığırda axtarışlar aparılıb. İnsanlar Yurinin gedə biləcəyi marşrutla hərəkət edib, lakin heç nə tapmayıblar», - deyə bəyan edib. İndi jurnalistin axtarışı ilə milis məşğul olacaq.
Ətraflı...
ABŞ-ın İraqdakı ordusu Associated Press operatorunu azad edibİyunun 4-dən Amerika hərbçilərinin ittiham irəli sürmədən İraqda həbsdə saxladıqları Associated Press agentliyinin operatoru şənbə günü azadlığa buraxılıb.
Ətraflı...
Somalidə iki xarici jurnalist oğurlanıbSomalinin paytaxtı Moqadişu şəhərinin yaxınlığında iki xarici jurnalist oğurlanıb. Silahlı şəxslər Kanada jurnalisti və onun avstraliyalı həmkarını tutaraq naməlum istiqamətdə aparıblar. AFP-in məlumatına görə, bu informasiyanı Somali polisləri də təsdiqləyib.

Ətraflı...
KİV və prezident seçkiləri: monitorinqin nəticələrinə dair ilkin hesabatAvqustun 1-də başlanan monitorinqin məqsədi kütləvi informasiya vasitələrində seçki kampaniyasının işıqlandırılmasında yardım göstərmək və bütün siyasi qüvvələrin bərabər çıxışını təmin etməkdir. Avropa Şurasının tövsiyyəsinə görə, KİV seçki kampaniyalarını tarazlaşdırılmış şəkildə, ədalətli və dəqiq işıqlandırmalıdır. Oktyabrın 15-dək davam edəcək monitorinq 7 milli telekanal və 8 qəzet üzərində aparılacaq, hər 15 gündən bir isə hesablar təqdim olunacaq. Monitorinq informasiya materialları və siyasi reklamın telekanallarda efir vaxtının, qəzetlərdə isə sayının və sahəsinin hesablanmasını, həmçinin bütün KİV-də obyektivlik, balansın qorunması və s. bu kimi meyarlara əməl edilməsinə diqqət yetirməyi nəzərdə tutur. Qeyd edək ki, monitorinqin yekün nəticələri prezident seçkilərindən sonra elan ediləcək.
Ətraflı...
Qırğızıstanda müxalifət qəzetinin tirajına həbs qoyulub«Ferqana.Ru» informasiya agentliyi çərşənbə axşamı Qırğızıstanda «Alibi» müxalifət qəzetinin növbəti sayının tirajının həbs edildiyini bildirir. Həbsə qəzetin ölkə prezidentinin bacısı oğlu Kurmanbek Bakiyevin xeyrinə bir milyon som (28 min ABŞ dolları) məbləğində cərimənin ödənilməməsi səbəb olub. Nəşrin əməkdaşlarının sözlərinə görə, redaksiya məbləği ödəməkdən imtina etmir, sadəcə üç aylıq möhlət istəyir.

Ətraflı...
Gürcüstan RTVi rusdilli telekanalın yayımını bərpa edib«İnterfaks» agentliyi «Exo Moskvı» radiostansiyasına istinadən Gürcüstanda RTVi rusdilli telekanalının yayımının bərpa edildiyini xəbər verir. Radiostansiya Gürcüstan Kabel Televiziyaları Birliyindən RTVi-nin avqustun 22-də saat 15:00 efirə çıxacağı haqqında bildiriş alıb.

Ətraflı...
CNN telekanalı Barak Obamanın ortağının adını açıqlayıbCNN telekanalı Demokratik partiyanın rəhbərliyindəki mənbələrinə istinadən Ağ Ev uğrunda Barak Obamanın ortağının senator Co Baydenin olacağını xəbər verir.

Ətraflı...
Novosibirsk jurnalisti məzuniyyət zamanı Altayda  itkin düşübCümə günü «İnterfaks» agentliyi Novosibirsk jurnalistinin məzuniyyət zamanı Altayda itkin düşdüyünü xəbər verir. İyulun 30-da spanieli ilə birgə dağlara yollanan 52 yaşlı Yuri Quselnikov avqustun 13-də işə qayıtmalıymış. Lakin nə həmin gün, nə də sonra jurnalistin ortaya çıxmadığını görən milisionerlər və xilasedicilər onun axtarışına başlayıb.

Ətraflı...
Amerikalılar İraqda saxlanılan Reuters-in teleoperatorunu azad ediblərİraqda amerikalı hərbçiləri üç həftə ittihamnamə irəli sürmədən saxladıqları Britaniyanın Reuters agentliyinin teleoperatoru Əli əl-Məşhadənini azad ediblər. Məlumatı agentlik yayıb.

Ətraflı...
JURNALİSTLƏRƏ YENİ GÖDƏKÇƏLƏR PAYLANACAQGələn həftədən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Beynəlxalq Söz Azadlığı Assosasiyasının (İFEX) maliyyə dəstəyi ilə jurnalistlərə xüsusi fərqləndirici gödəkcələr paylayacaq. «Turan»ın məlumatına görə, gödəkcələrin ön və arxa hissəsində «PRESS» nişanı əks olunub.

Ətraflı...
← Geri    1 2 3 ... 109 110 111 ... 114 115 116    İrəli →