“Ozan dünyası ” jurnalı

"Ozan dünyası" jurnalı“Nurlan” nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin mətbu orqanı “Ozan dünyası” jurnalının ilk nömrəsi çapdan çıxıb.
Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, Azərbaycan aşıqlarının V qurultayı, qurultay nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti, qurultayın qətnaməsi jurnalın səhifələrində yer alıb. Akademik Bəkir Nəbiyevin, Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqubun, filologiya elmləri doktoru Məhərrəm Qasımlının, aşıq sənəti üzrə Azərbaycanda YUNESKO-nun eksperti Sənubər Bağırovanın, “Aşıq Pəri” məclisinin sədri Gülarə Azaflının V qurultaydakı çıxışlarının tam mətni jurnalda çap olunub. Jurnalda, həmçinin Milli Məclisin deputatları Rafael Hüseynovun, Qənirə Paşayevanın, Prezident təqaüdçüsü, şair İlyas Tapdığın və digərlərinin aşıq sənətinin görkəmli nümayəndələri haqqında fikirləri və digər materiallar dərc edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO