“Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd “

"Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd"Dağıstanın Dərbənd şəhərində Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin birgə təşkilatçılığı ilə “Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktiki konfrans keçirilib. Dərbənd şəhər Mədəniyyət İdarəsinin, Dərbənd İncəsənət və Mədəniyyət İnstitutunun, Dağıstan Dövlət Universitetinin Dərbənd filialının və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəstəklədiyi “Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktiki konfransda mövzu ətrafında həm yerli, həm də Azərbaycandan gəlmiş alimlər çıxış ediblər. Məruzələrdə Dədə Qorqudun Dərbənd şəhərində yaşaması, müxtəlif tarixi mənbələrdə, o cümlədən Övliya Çələbi və Adam Olearinin qeydlərində hətta Dədə Qorqudun məzarının Dərbənd şəhərində yerləşməsi haqqında məlumatların olduğu bildirilib. Sonra konfrans iştirakçıları Dədə Qorqudun məzarının yerləşdiyi iddia edilən yerə baş çəkiblər. Konfrans iştirakçıları həmçinin “Narın Qala” kompleksində qədim tariximizin nümunələri ilə tanış olublar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO