Orta məktəbləri narahat edən “reket ” qəzetlərin adları açıqlanacaq

Bakıdakı təhsil müəssisələri “reket” jurnalistlərin “fəaliyyətindən” narazıdır. Mətbuatın “üz qaraları” olan belə KİV-lərin əməkdaşları tez-tez orta məktəbləri narahat edirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi “reket jurnalistikası” ilə məşğul olan mətbuat orqanlarının adlarını açıqlayacaq. Bu barədə Modern.az-a İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib.
Zəminə Əliqızı saytımıza bildirib ki, son vaxtlar “reket” jurnalistikası ilə məşğul olanların sayı daha da artıb. Onlar təhsül müsssiələrini tez-tüz narahat edirlər. Belə faktları toplayan Bakı Şəhəri üzrə Təhsil İdarəsi aprelin əvvəlində Mətbuat Şurası ilə birgə mətbuat konfransı keçirib “reket” jurnalistikası ilə məşğul olan qəzetlərin adlarını elan edəcək.

“Belə KİV-lərdən mənə zəng edib deyirlər ki, “bəs bizə informasiya verin”. Soruşuram ki, konkret nə lazımdır. Bu zaman cavab verə bilmirlər. Özləri də bilmirlər ki, onlara hansı məlumat lazımdır. Bunların məqsədləri təbii ki, bəllidir. Ancaq mən onların psixologiyasını bildiyim üçün reaksiya vermirəm”,-deyə Z.Əliqızı “reket” jurnalistlər barədə bildirib.
Müsahibimizin sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bundan öncə artıq bir dəfə “reket” jurnalistikası ilə məşğul olan mətbuat orqanlarının adlarını açıqlayıb: “Həmin vaxt Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilk dəfə olaraq “reket” jurnalistkası ilə məşğul olan 32 mətbuat orqanın adını açıqlamışdı. Ondan sonra bu mövzu gündəliyə gəldi. Bu cür tədbirləri davam etdirəcəyik”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO