“Onomalogiya problemləri” adlı monoqrafiya çap olunub

Filologiya üzrə elmlər doktoru Adil Bağırovun iki cildlik “Onomalogiya problemləri” adlı fundamental monoqrafiyası çap olunub. Əsər AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Tofiq Hacıyevin elmi redaktorluğu ilə çap olunub. Monoqrafiya Azərbaycan dilçiliyində ilk dəfə olaraq bütövlükdə Naxçıvan Muxtar Respublikası ərazisindəki onomastik vahidlərin linqvistik təhlilinə həsr olunub. Monoqrafiya müəllifin uzun illər boyu çəkdiyi zəhmətin, apardığı tədqiqatların, şəxsi müşahidələrinin nəticəsidir. Bu sahə ilə məşğul olam alimlər, tədqiqatçılar, tələbələr buradan lazımınca faydalana bilər. Onomastika xalqımızın tarixi, keçmişdəki həyat tərzi, yaşadığı keşməkeşlər haqqında bizə məlumat verir. Bu baxımdan əsər tariximizin, eyni zamanda dil tariximizin tədqiqinə xidmət edən bir vasitədir. (“OLAYLAR”İA)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO