“Onlayn media da Mətbuat Şurasında təmsil olunmalıdır” – Sayt rəhbərləri

“Təbii ki, çap mediası ilə yanaşı, onlayn media da Mətbuat Şurasında (MŞ) təmsil olunmalıdır”. Bunu Modern.az-a “Publika.az” saytının təsisçisi Aynur Camalqızı deyib.
“Onlayn medianın Mətbuat Şurasında təmsil olunması Azərbaycan mediası üçün müsbət hal ola bilər”.

“Azvision.az” saytınnı baş redaktoru Vüsal Məmmədov da MŞ-dakı yeni dəyişiklikləri dəstəkləyir.
“Nəzərə alsaq ki, elektron informasiya vasitələrinin auditoriyası kağızda çap olunan mətbuatdan daha çoxdur, bu nonsensdir. Elektron KİV-lərin auditoriyasının çox olduğunu oxunma sayına görə müəyyənləşdirmək olar. Bu təklif əslində gecikib. Çoxdan belə olmalı idi. İstər etik cəhətdən, istər peşə kodeksi baxımından saytların fəaliyyətinin tənzimlənməsi daha çox ehtiyac var. Ən azı ona görə ki, saytların oxucu auditoriyası daha genişdir”.

“Aznews.az” saytının baş redaktoru Elçin Zahiroğlunun fikrincə, MŞ Nizamnaməsinə dəyişikliklər yerində atılmış bir addımdır.
“Şəxsən mən çoxdan gözləyirdim ki, belə bir qərar qəbul olunsun. Azərbaycanda əhalini informasiya ilə əsasən saytlar təmin edir. Belə olan halda elektron media təbii ki, Mətbuat Şurasında təmsil olunmalıdır”.

Xatırladaq ki, Mətbuat Şurası iyulun 12-də Mətbuat Şurasının qurultayı keçiriləcək. Qurultayda MŞ-nın Nizamnaməsində dəyişiklik edilməsi və online medianın da quruma üzv edilməsi gözlənilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO