Onlayn media 2014 müsabiqəsinə start verilib

2006-cı ildən etibarən Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” Proqramı həyata keçirilir.

SalamNews xəbər verir ki, proqram çərçivəsində jurnalistlər üçün Təlimlər və media Müsabiqələri təşkil olunur. Cari ilin sentyabr ayından Multimedia Mərkəzi tərəfindən adı çəkilən Proqram çərçivəsində “Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayıb və “Onlayn Media” müsabiqəsi təşkil olunub.

Layihənin məqsədi ölkədə onlayn media infrastrukturunun inkişafına dəstək vermək, onlayn media sahəsində kadrların peşakarlığının artırılmasına kömək etmək və yeni media vasitəsilə informasiya əldə edilməsini keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdır.

Bu məqsədin gerçəkləşməsi istiqamətində ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, elektron hökumət məsələlərindən, İnternet və mobil texnologiyaların gündəlik həyatımıza təsirindən sistemli formada yazan peşəkar jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Onlayn media sahəsində çalışan kadrların peşəkarlağının artırılaması ilə bağlı Treninqlər təşkil olunacaq. Bir həftə davam edən Təlimləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparacaq.

Onlayn media Müsabiqəsinin qaliblərinə və “Ən yaxşı xalq jurnalisti” yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.

Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , Nar Mobile və SİNAM şirkətlərinindəstəyi ilə həyata keçirilir.

Geniş məlumat üçün www.telim.org saytından almaq olar.

– See more at: http://salamnews.org/az/news/read/143123#sthash.ZIyfiY9P.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO