Nuşirəvan Məhərrəmli: “İnternet televiziya yayımı dövlət tərəfindən tənzimlənməlidir “

Azərbaycanın Teleradio Şurasının sədri hesab edir ki, İnternet televiziya yayımı dövlət tərəfindən tənzimlənməlidir.
“İnternet TV televiziya yayım üsullarından biridir. İnternet TV yayımı dövlət tərəfindən tənzimlənməlidir. Bu, artıq dünyada baş verir”, – Trend-in məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

Məhərrəmli bildirib ki, İnternet televiziyasının yayım məsələsinin tənzimlənməsi yalnız Azərbaycanın deyil, dünya ölkələrinin müzakirə mövzusudur.

“Avropa Şurasına üzv ölkələr bu məsələ ilə bağlı bir araya gəliblər, ancaq yekdil qərar qəbul etməyiblər. Azərbaycan bu məsələdə Avropa ölkələrinin tərcübəsindən yararlanmaq niyyətindədir. AŞ üzvləri İnternet televiziya yayımı ilə bağlı nə qərar qəbul etsə, Azərbaycan da onu təkrarlayacaq”, – MTRŞ sədri əlavə edib.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO