İnternetdə söz azadlığı haqqında: «Jivoy Jurnal» (Canlı Jurnal)


Bu resursun yaranması tarixindən məlumdur ki, o, 1999-cu ildə yaradılmışdır. Bu əyləncəni (bekarçılıqdan) Bred Fitspatrik adlı Amerika proqramçı-tələbəsi icad etmişdir. gözlənilmədən ünsiyyətin belə forması inkişaf etməyə başladı və ona başqa ölkələrdən olan İnternet istifadəçiləri daxil olmağa başladılar. «Jivoy Jurnal»da rus dilində ilk qeyd 2001-ci ildə yarandı, ilk rusdilli istifadəçi isə Tartu universitetinin professoru Roman Leybov oldu. Bu maraqlı İnternet-vasitəni özündə sınaqdan keçirdikdən sonra Roman «Jivoy Jurnal» aləminə özünün bütün dostlarını da cəlb etdi.
Yeri gəlmişkən deyək ki, «Jivoy Jurnal»ın Rusiya seqmentinin auditoriyası Amerika auditoriyasından çox fərqlənir. Amerika seqmentində şəxsi gündəlikləri, əsasən sosial ünsiyyət üçün tərtib edirlər, müəlliflər son dərəcə şəxsi həyati problemləri haqqında yazırlar. Bir qayda olaraq, Amerika jijistlərinin oxucu əhatəsi qohum və dostlarla məhdudlaşır. JJ-nin Rus seqmentində isə vəziyyət başqa cürdür. Burada, ölkədə və dünyada baş verən yenilikləri müzakirə etmək, öz siyasi mövqelərini bölüşmək, müxtəlif mövzularda analitik məqalələr yazmaq qəbul edilmişdir.
Əgər ABŞ-da bloqlarla, əsasən yeniyetmələr maraqlanırlarsa, Rusiyada JJ-yuzerləri arasında çoxsaylı jurnalistlər, populyar artislər, yazıçılar və şairlər, alimlər, ekspertlərlə yanaşı siz siyasətçiləri və hətta iri biznesmenlərə rast gələ bilərsiniz.
Bu, ilk növbədə Rusiyada son vaxtlar söz azadlığının mühüm dəyişikliklərə məruz qalması ilə əlaqələndirilir. O, faktiki olaraq nə televiziyada, nə radioda, nə də qəzetlərdə qalmamışdır.
Lakin ona tələbat bitməmişdir və rusiyalılar öz baxış və ideyalarının reallaşdırılması üçün İnternetdə JJ kimi yeri bəyənmişlər və orada, heç kimin söz azadlığını məhdudlaşdırmaq hüququ yoxdur. Ona görə də, hal-hazırda «Jivoy Jurnal»ın rusdilli seqmenti maraqlı diskussiya meydanına çevrilmişdir.

Elina Bilevskaya

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO