İnternetdə redaktə imkanı verən servis yaradılır

“Google” yenilik edir
“Google” korporasiyası “Apple iPad” planşeti və “Android” mobil əməliyyat sistemi bazasında hazırlanmış qurğular üçün “Docs” (sənədlər- ing.) servisini təqdim edəcək.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq bu qurğuların sahibləri sənədləri internet vasitəsilə tərtib və redaktə edə biləcəklər.

“Microsoft Word”, “PowerPoint” və “Excel” proqramlarının virtual analoqu olan “Google Docs” servisi bundan əvvəl yalnız kompüterlər üçün nəzərdə tutulurdu.

Xatırladaq ki, bu ilin iyun ayında “Microsoft” şirkəti də “Office Web Apps” virtual servisini təqdim edib. Lakin “Docs”un rəqibi olan bu servis də yalnız kompüter brauzerləri üçün hazırlanıb. “Google Docs”un “iPad” və “Android” bazasında hazırlanmış qurğularda təchiz olunması nəticəsində servisin istifadəçi auditoriyasının xeyli artıracağı gözlənilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO