“İnternet televiziya və radioların tənzimlənməsinə ehtiyac var”

Lisenziyalaşdırılma məsələsinə gəlincə MTRŞ-sədri vurğulayıb ki, buna dövlət səviyyəsində baxılması nəzərdə tutulub

“İnternet televiziya və internet radio ilə bağlı araşdırma aparırıq. Hesab edirəm ki, bu və ya digər şəkildə bunun tənzimlənməsinə ehtiyac var”. Bunu SİA-ya açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. O, qeyd edib ki, xüsusən də gələcəkdə yalnız sırf internetlə yayımlanan televiziyaları tənzimlənməsinə ehtiyac var:

“Çünki cəmiyyətdə bu televiziyaların rolu həddindən artıq böyükdür. Belə məsul bir işdə kütləvi hal alan bu media sahəsində tənzimlənməyə böyük ehtiyac var”.
Nuşirəvan Məhərrəmli deyir ki, internet resursları dünya media sahəsində çalışan mütəxəssislərin əsas müzakirə mövzusuna çevrilib. Belə ki, bu sahənin hər hansı bir yolla tənzimlənməsi məsələsi xüsusən də internet televiziya və internet radionun bağlı məsələlər əsas məsələlərdən biri kimi müzakirə olunur: “Çox təəssüf ki, hələ Avropa məkanında belə bir qərar verilməyib”.
Lisenziyalaşdırılma məsələsinə gəlincə MTRŞ-sədri vurğulayıb ki, buna dövlət səviyyəsində baxılması nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO