İnternet portalında “Azərbaycan 20 Yanvar qurbanlarını yad edir ” adlı məqalə

İnternet portalında "Azərbaycan 20 Yanvar qurbanlarını yad edir" adlı məqaləBritaniyanın “TheLondonPost.net” internet portalında 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr edilən “Azərbaycan 20 Yanvar qurbanlarını yad edir” adlı məqalə yerləşdirilib. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.
Məqalədə yüzlərlə silahsız insan, o cümlədən uşaq və qocaların faciə nəticəsində həlak olması faktı öz əksini tapıb.
Məqalənin müəllifi bu faciəni təkcə Azərbaycana qarşı deyil, bütünlükdə insanlığa qarşı törədilən cinayət kimi xarakterizə edib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO