Nərimanov RİH və KİVDF birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin ELANI

Nərimanov Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiyaVasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin

ELANI
Müsabiqənin məqsədi
Müsabiqənin məqsədi Nərimanov rayonunda sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq.
Müsabiqənin mövzusu
“Nərimanov rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”
Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Yazı Fond tərəfindən elan edilmiş mövzuya uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır).

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Yazıda “Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

5. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə),

6. A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir)

7. Elektron (Times New Roman şriftində – 12, CD diskdə) variantları təqdim olunmalıdır.

7. Yazılar A3 formatda 1 səhifə (9-11 min işarə) olmalıdır.

7. Yazılar 29 noyabr 2011-ci il tarixdən 24 dekabr 2011-ci il tarixədək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qaliblərin adları dekabrın 31-dək elan olunacaq.

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45;

Tələb olunan sənədlər

1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.

2. Şəxsi VÖEN və surəti.

3. Şəxsi bank rekvizitləri.

4. Şəxsiyyət vəsiqəsi və surəti

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

İştirakçı haqqında məlumat (müəllif tərəfindən doldurulur):

Yazının adı

Adı, soyadı, atasının adı

Mətbuatda təxəllüsü (əgər varsa)

İşlədiyi KİV

Vəzifəsi

Ünvanı və poçt indeksi

-iş telefonu

-ev telefonu

-mobil telefonu

-elektron poçt ünvanı

Şəxsin imzası ________________

Sənədlərin təqdim olunma tarixi:”____”__________ 2011-ci il

Qiymətləndirmə meyarları:

– mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

– materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

– yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

– jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

– ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə I-ci yer üçün bir,

II-ci yer üçün iki,

III-ci yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.

Bundan əlavə, 5 yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcəkdir.

I yer – 1 000 manat

II yer – 800 manat

III yer – 600 manat

Həvəsləndirici mükafat – 200 manat

Qaliblər, həmçinin Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO