Nəriman Nərimanovun 140 illiyi qeyd olunacaq

Nəriman Nərimanovun 140 illiyi qeyd olunacaqFevralın 16-da Yasamal rayonundakı 53 nömrəli orta məktəbdə görkəmli dövlət xadimi, maarifçi və yazıçı Nəriman Nərimanovun anadan olmasının 140 illiyi qeyd olunacaq.
Nəriman Nərimanovun Ev Muzeyinin və 53 nömrəli məktəbin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə tarix elmləri namizədi Firdövsiyə Əhmədova “N. Nərimanovun həyatı və siyasi fəaliyyəti”, xalq şairi Nəriman Həsənzadə “N.Nərimanovun bədii yaradıcılığı və ədəbiyyatımızda Nəriman obrazı”, filologiya elmləri namizədi Mənzər İbrahimova “Nərimanov və rus ədəbiyyatı”, muzeyin direktoru Kamilə Hüseynova “Nərimanov irsinin əhəmiyyəti” mövzusunda cıxış edəcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO