Novruz Məmmədov: “Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır “

“Aralıq dənizi artıq bir böyük qəbristanlığa çevrilib. Bu dənizə “Arada ölənlər dənizi” adı vermək daha məntiqli olar. Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır”. Trend-in məlumatına görə, bunu “twitter” səhifəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb.

PA rəsmisi bildirib ki, müstəmləkə sistemi dağılan vaxtlar Avropa ölkələri Afrika və asiyalılara qapıları açmışdılar: “Bu da geosiyasi məhəbbətin göstəricisi idi”.

N.Məmmədov deyib ki, insan haqlarına bu qədər “qayğı” göstərən bəzi Avropa dövlətləri Aralıq dənizində “euronews” göstərərək 2-3 dəqiqə sanki “nə istəyirsiniz düşünün” deyir: “Euronews təzə bir yenilik ixtira edib. 5-10 dəqiqədən bir fasilə ilə müxtəlif rənglərdə və formalarda musiqi ilə”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO