“Nizami yurdunun övladıyam ” adlı yaradıcılıq müsabiqəsi

"Nizami yurdunun övladıyam" adlı yaradıcılıq müsabiqəsiGəncə şəhər ümumtəhsil məktəblərində böyük Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə həsr olunan “Nizami yurdunun övladıyam” adı altında məktəblilərin bədii yaradıcılıq müsabiqəsinin artıq iki mərhələsi yekunlaşıb. Bu haqda Gəncə şəhər Təhsil İdarəsinin metodiki şöbə müdiri Afaq Əliyeva məlumat verib. Gəncənin bütün ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqədə şagirdlər əsasən 3 formada-bədii qiraət, kompozisiya (əsərlərindən səhnəciklər) və musiqi (şairin sözlərinə yazılmış romansların ifası) istedadlarını nümayiş etdirirlər. İlk mərhələyə 25, sonrakı etapa isə 15 məktəb vəsiqə qazanıb. Fevralın sonunda keçiriləcək yekun konsertdə Gəncənin 5 qalib məktəbi müəyyənləşəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO