Nizami Poeziya Teatrı təmir edilir

Gəncədə dahi şair Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar hazırlıqlar davam edir. Milli.Az xəbər portalının “Kəpəz” telekanalına istinadən verdiyi məlumata görə, artıq Nizami Poeziya teatrının da təmirinə başlanıb.

1979-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Nizami poeziya teatrı fəaliyyət göstərdiyi 30 il müddətində ilk dəfə olaraq təmir edilir. Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Bəxtiyar Muradovun sözlərinə görə, “Nizami poeziya teatrında “Xəmsə”yə daxil olan əsərlər axşam vaxtı şəhər əhalisinin asudə vaxtlarının səmərəli keçirməsi üçün istifadə olunurdu. Məhz burada təmirin aparılması şəhərdə gedən abadlıq-quruculuq işləri ilə əlaqədardır”.

Teatrın binasında təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi və şəhər Memarlıq şöbəsinin təsdiq etdiyi layihə əsasında aparılır. Təmir işlərinə 30 min manat vəsait ayrılıb. Ancaq zərurət yaranarsa, bu məbləğ artırıla da bilər.

Nizami poeziya teatrında təmir işləri davam etdirilir. Poeziya teatrının dam örtüyü dəyişdiriləcək, qırmızı kərpicləri isə yeniləri ilə əvəz ediləcək”.

Təmir-bərpa işləri oktyabrın sonuna kimi başa çatdırılacaq. Oktyabrın 28-də başlayacaq Nizami Poeziya günlərində artıq sözügedən teatrda tədbirlər keçiriləcək.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO