“Niyə naşir olmaq istəyirəm” mövzusunda müsabiqə elan olunub

Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyi (ANP İB) gənc və istedadlı naşirləri üzə çıxarmaq məqsədilə “Niyə naşir olmaq istəyirəm” mövzusunda esse, bədii və publisistik yazı müsabiqəsi elan edib.

ANP İB-dən SalamNews-a verilən məlumatda bildirilir ki, müsabiqəyə ali məktəb və universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbə və məzunları, habelə gənc naşirlər iştirak edə bilərlər.

Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaqlar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO