|
|
|
 Associated Press, Agence France Presse və Reuters kimi üç iri informasiya agentliyi Ağ Evin mətbuat-xidmətinin verdiyi şəkilləri yaymaqdan imtina edib. AP agentliyinin məlumatına görə, bu, həmin agetliklərinin fotoqraflarının Barak Obamanı ABŞ prezidenti vəzifəsində olduğu ilk gündə oval kabinetdə lentə almağa qadağa qoyulduqdan sonra baş verib. |
 Tacikistanda Rusiyanın «RTR-Planeta» telekanalının proqramlarının translyasiyası dayandırıla bilər. "Central Asian News" informasiya agentliyinin məlumatına görə, belə bəyanatla respublikanının Teleradioyayım Dövlət Komitəsinin sədri Asadullo Raxmonov çıxış edib. |
 Yanvarın 20-də Vaşinqtonda Birləşmiş Ştatların 44-cü prezidenti Barak Obamanın televiziya ilə birbaşa yayımlanan inauqurasiya mərasiminə 37,8 milyon amerikalı baxıb. Xəbəri Nielsen Media Research şirkətinin ilkin məlumatına istinadən TV Week nəşri yayıb. |
 Qlobal iqtisadi böhran üzündən Ümumdünya Qəzet Assosiasiyası martdakı illik konqresin keçirilməsini təxirə salıb. Məlumatı çərşənbə axşamı France Presse agentliyi yayıb. |
 Yanvarın 20-də hüquq müdafiəçiləri ötən gün Moskvanın mərkəzində qətlə yetirilmiş vəkil Stanislav Markelovla jurnalist Anastiya Baburovanın xatirəsini yad etmək məqsədilə aksiya keçiriblər. «İnterfaks»ın məlumatına görə, hüquq-müdafiə təşkilatlarının nümayəndələri və sadə vətəndaşlar qətlin baş verdiyi Preçistinka küçəsinə gül, şam və öldürülən şəxslərin şəkillərini gətiriblər. |
 «Azərbaycan» nəşriyyatı Mətbuat Şurasının reket elan etdiyi qəzetlərlə müqavilə bağlamaqdan imtina edib. Bunu APA-ya «Azərbaycan» nəşriyyatı direktorunun müavini Bəsti İsmayılova deyib. |
 Sözügedən məlumatı Azərbaycan Ombusman aparatının mətbuat-xidmətinə istinadən Day.Az saytı yayıb. Aparat nümayəndələri «Gündəlik Azərbaycan» və «Real Azərbaycan» qəzetlərinin təsisçisi Eynulla Fətullayevin cəza çəkdiyi 12 saylı islah-əmək müəssisəsində olublar. |
 Yanvarın 21-də «Müsavat» partiyası Milli Teleradio Şurasının binası qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. Bu haqda partiyanın mətbuat-xidmətinə istinadən Day.az bildirir. Aksiyaya milli tezliklərdə «Azadlıq», «Amerikanın səsi» və Bi-Bi-Ci radiostansiyalarının yayımının dayandırılması haqqında Milli Teleradio Şurasının qadağası səbəb olmuşdur. |
 Əfqanıstan hakimiyyəti Kabil qəzetinin redaktorunu bütün dinlər, o cümlədən islamın bəşəriyyətə ilahi qüvvə tərəfindən verilməsini inkar edən məqalənin dərcinə görə həbs ediblər. Məlumatı AFP agentliyi yayıb. |
 «Qazeta.Ru» nəşrinə istinadən Day.Az saytı Azər Mürsəliyevin «Kommersant» qəzetinin baş redaktoru təyin edildiyini bildirir. Bundan əvvəl o, qəzetin baş redaktorunun müavini işləyib. Qəzetin sabiq baş redaktoru Andrey Vasilyev isə nəşr evinin şef-redaktoru vəzifəsində çalışır. |
 «Kadr və tərəqqi» Azərbaycan qəzetinin baş redaktoru Zöhrab Sadıqov zorakılıqda şübhəli bilinərək saxlanılmışdır. Bu haqda Ağdam rayon polisinə istinadən APA xəbər verir. |
 Media Hüquqları İnstitutu «Yeni Müsavat» qəzetinin jurnalisti Əfqan Muxtarlının döyülməsi faktını kəskin sürətdə pisləyən bəyanatla çıxış edib. Day.az saytı bu barədə Media Hüquqları İnstitutunun bəyanatında bildirildiyini xəbər verir. |
 Reuters agetliyinin məlumatına görə, İraq hakimiyyəti yerli hakimiyyət orqanlarına seçkilərin işıqlandırılması zamanı informasiyanı təşrif edən KİV-lər üçün cərimələr sistemini tətbiq edib. Qəbul olunmuş kodeksi pozan KİV-lər cərimə yaxud ictimaiyyət qarşısında üzr istəməli olacaqlar. Həmçinin onların daşınan əmlakı da müsadirə edilə bilər. |
 Noyabrın 26-da Milli Teleradioyayım Şurasının sədri Nuşirəvan Məhərrəmli Norveçin Azərbaycandakı səfiri Yon Ramberqlə görüşüb. Day.az saytına Şuradan daxil olan məlumata əsasən, görüş zamanı Azərbaycanda xarici teleradio yayımçılarının fəaliyyət məsələsi müzakirə olunub. |
 Çərşənbə günü AFP agentliyi Somalidə silahlılar tərəfindən ispan və fransız jurnalistlərinin girov götürüldüyünü xəbər verib. Hadisə Somalinin şimal-şərqində özünü dövlət elan etmiş Puntlendin Bossaso iqtisadi mərkəzində baş verib. Jurnalistlərin oğurlanması haqqında AFP agentliyinə Puntlend prezidentinin müşaviri bunları deyib: |
|
|
|