Millət vəkili AzTV dövlət telekanalını məhkəməyə veribBakının Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə millət vəkili Bəxtiyar Əliyevin Baş Dövlət Yol Polisi İdarəsi və AzTV telekanalına qarşı iddiasına baxılır. Bunu Day.az saytı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən bildirir.
Ətraflı...
Qırğızıstanda müxalifət jurnalisti həbs olunubSentyabrın 9-da axşam «Alibi» qəzetinin (indi «Açıq siyasət» adı ilə çıxır) baş redaktoru olmuş müxalifət jurnalisti Babırbek Ceyenbekov saxlanılıb. Bu xəbəri "Central Asian News" informasiya agentliyi yayıb.
Ətraflı...
Rusiyanın Gürcüstandakı sülhməramlıları Polşa jurnalistlərini azad ediblərAvqustun 8-də Gürcüstan-Osetiya münaqişəsi zonasında Rusiya sülhməramlıları tərəfindən həbs edilən Polşanın TVP telekanalının iki jurnalisti azad olunub. Qeyd edək ki, məlumatı AFP agentliyi yayıb.
Ətraflı...
Bağdadda «Əl-Ərəbiyə» bürosunun şefinə qarşı sui-qəsd olubÇərşənbə günü AFP agentliyi «Əl-Ərəbiyə» telekanalının İraq bürosunun başçısına qarşı sui-qəsdin olduğunu xəbər verib.
Ətraflı...
The New York Post qəzeti Makkeyni dəstəkləyibThe New York Post nəşri ABŞ-da keçiriləcək prezident seçkilərində respublikaçı Con Makkeynin namizədliyini dəstəkləyib. Qəzetin 9 senyabr sayı bu seçimi izah edən uzun redaksiya sütunu ilə çıxıb.

Ətraflı...
Mirzə Sakit 14 saylı həbsxananın rəisini məhkəməyə verib«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit 14 saylı islah-əmək müəssisəsinin rəisini məhkəməyə verib. Day.Az Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən məlumatın nəşrin baş direktoru Azər Əhmədovdan daxil olduğunu xəbər verir.


Ətraflı...
Cənubi Osetiya münaqişəsi zonasında Polşa televiziyasının çəkiliş qrupunu saxlayıblar«İnterfaks» sentyabrın 8-də Gürcüstan-Cənubi Osetiya münaqişəsi zonasında Rusiya sülhməramları tərəfindən iki Polşa jurnalistinin saxlanıldığını bildirir. Jurnalist Dariuş Boxatkeviç, və TVP telekanalının operatoru Marsin Vesolovski və gürcü sürücüsü Cənubi Osetiyanın paytaxtı Tsinvali və Gürcüstanın Qori şəhəri arasındakı karaleti kəndi yaxınlığında saxlanılıb. Polskie Radio hadisənin sülhməramlılara aid zonada baş verdiyini bildirib.
Ətraflı...
Rusiya jurnalistləri CNN telekanalını Cənubi Osetiyadan kadrları saxtalaşdırmaqda qınayıblarRİA Novosti xəbər verir ki, "Russia Today" telekanalının rusiyalı jurnalistləri ABŞ-ın CNN telekanalından olan həmkarlarını Cənubi Osetiyadakı hadisələrin işıqlandırılması zamanı kadrları saxtalaşdırmaqda qınayıblar.

Ətraflı...
NTV Maqomed Yevloyev haqqında süjetin nümayişini təxirə salıbNTV teleşirkəti Anton Xrekovun «Qlavnıy Qeroy» proqramı çərçivəsində Maqomed Yevloyev haqqında süjetin nümayişini təxirə salıb. Süjetin efirə nə vaxt gedəcəyi haqqında məlumat verilməsə də, «texniki səbəblər» göstərilir.
Ətraflı...
Respublikaçılar ekranlara rekord sayda tamaşaçı cəlb ediblərSentyabrın 1-4-də Minnesota ştatının Sent-Pol şəhərində keçirilmiş ABŞ-ın Respublikaçılar partiyasının seçkiqabağı qurultayını televizor vasitəsilə orta hesabla 34,5 milyon tamaşaçı izləyib. Associated Press agentliyinin Nielsen Media Research şirkətinin məlumatına istinadən yaydığı xəbərə görə, bu, televiziya tarixində siyasi partiyanın qurultayı üçün rekord göstəricidir. 25-28 avqust tarixində Kolorado ştatının Denver şəhərində keçən Demokratik partiyanın qurultayını isə orta hesabla 30,2 milyon tamaşaçı izləyib.
Ətraflı...
Rüfət Abbasov: «Biz «Müxalifət» qəzeti jurnalistinin rəsmi məktubuna cavab vermişikÖtən gün Day.az saytında «Əfv edilmiş jurnalist Azercell mobil operatorunu məhkəməyə verib» adlı material dərc olunub. Day.az müxbiri ilə əlaqə saxlayan «Azercell»in mətbuat katibi Rüfət Abbasov şirkətin rəsmi mövqeyini açıqlayıb:
Ətraflı...
Fransa jurnalistlərini «Taliban» hərəkatını təbliğ etməkdə günahlandırıblarParis Match jurnalında qətlə yetirilmiş Fransa əsgərlərinin hərbi geyimində taliblərin iştirakı ilə fotosessiyanın dərci jurnalistlərlə Fransa Müdafiə Nazirliyi arasındakı münaqişəyə səbəb olub. Məlumatı sentyabrın 5-də Britaniyanın Gurdian nəşri yayıb. Xatırladaq ki, NATO-nun koalisiya qüvvələrinin 10 fransalı əsgəri avqustun 18-19-da Kabuldan 50 km aralıda yerləşən Sarobi rayonunda döyüş zamanı öldürülmüşdür.
Ətraflı...
«Gündəlik Bakı» qəzetinin baş redaktoru iki ilini həbsxanada keçirə bilərYasamal rayon məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Müdafiə Nazirliyinin İstismar İdarəsinin yaşayış-istismar xidməti taqımının əsgəri Əli Yusifovun «Gündəlik Bakı» qəzetinin baş redaktoru Qabil Vəliyevə qarşı iddiasına baxılıb. Bunu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna istinadən Day.az saytı xəbər verir.
Ətraflı...
Day.Az ilk yubileyini qeyd edirAzərbaycanın aparıcı informasiya agentliklərindən biri, tez-tez istinad etdiyimiz Day.Az ilk yubileyini qeyd edir. Bu beş ildə agentlik adi xəbər saytından nəinki ölkədə, onun hüdudlarından kənarda tanınan regional miqyaslı təşkilata çevrilmişdir. Qeyd etməliyik ki, bu qısa müddət ərzində agentliyin ingilis dilində xəbərlər xidməti və Onlayn Radio fəaliyyətə başlamışdır.

Söz Azadlığını Müdafiə Fondu jurnalist-həmkarlarını və portalın bütün əməkdaşlarını yubiley münasibətilə təbrik edir və hər zaman operativ, obyektiv və qərəzsiz olmağı arzulayır.

SAMF

Ətraflı...
Rupert Merdok The New York Times-ı əldə etmək istəyirAvstraliyalı mediamaqnat Rupert Merdok The New York Times qəzetini almaq istəyir. Bunu Vanity Fair jurnalında milyardçının rəsmi bioqrafı Maykl Volff yazır.
Ətraflı...
← Geri    1 2 3 ... 103 104 105 ... 110 111 112    İrəli →