Bir çox ölkələrdə Azərbaycan mədəniyyəti günləri olacaq

Bir çox ölkələrdə Azərbaycan mədəniyyəti günləri olacaq2010 -cu ildə dünyanın bir çox ölkəsində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazirin sözlərinə görə, mədəniyyət günlərinin əsasən Avropanın aparıcı dövlətlərində təşkil ediləcək. Bu tədbirlər çərçivəsində dünya xalqları Azərbaycan musiqisi, adət-ənənəsi, mədəniyyəti, incəsənəti haqqında geniş məlumatlar və ölkəmizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.