Özbəkistan Milli Kitabxanası Azərbaycan Milli Kitabxanasına 23 adda kitab göndərib

Özbəkistan Milli Kitabxanası Azərbaycan Milli Kitabxanasına 23 adda kitab göndəribƏlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına 23 adda kitab göndərib. Milli Kitabxanadan APA-ya verilən məlumata görə, kitabların göndərilməsi Özbəkistan Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında bağlanmış qarşılıqlı əməkdaşlıq haqqında memorandumun şərtlərinə uyğun olaraq həyata keçirilib. Kİtablar rus, ingilis və özbək dillərindədir.