Beynəlxalq Mətbuat İnstitutu Obamaya müraciət edib

Beynəlxalq Mətbuat İnstitutu Obamaya müraciət edib Beynəlxalq Mətbuat İnstitutu (BMİ) ABŞ prezidenti Barak Obamaya müraciət edərək, növbəti ay Çinə səfəri zamanı mətbuat azadlığı məsələsini qaldırmasını xahiş edib.

Bu barədə Lent.az-a Beynəlxalq Avrasiya Mətbuat Fondundan bildirilib. Belə ki, BMİ-dən BAMFa verilən məlumata görə, oktyabrın 1-də çin polisi tərəfindən evindən aparılmış jurnalist Hailaite Niyazi hələ də təcridxanada saxlanılır. Uighurbiz.net-in keçmiş meneceri və redaktoru olan H.Niyazi əvvəllər müxtəlif dövlət qəzetlərində çalışıb.

Pekində yaşayan və “uighurbiz”-in sahibi İlham Tohtinin “Associated Press”-ə bildirib ki, H.Niyazinin həbsi 2009-cu ilin iyulunda Xincan əyalətində baş vermiş qiyamın nəticələri barədə xarici mətbuata verdiyi müsahibəsi ilə əlaqədardır.

BMİ-nin bildirdiyinə görə, qiyamdan sonra Çin rəhbərliyi həmin regionda onlayn və telefon danışıqlarını məhdudlaşdırıb, internet isə senzura altındadır. Sincan əyalətində uyğur icmasına aid olan saytların 85%-nə baxmaq mümkün deyil.

LENT.AZ