“Bayati” kitab mağazasında “Qayali” kitabının təqdimatı olacaq

“Bayati” kitab mağazasında “Qayali” kitabının təqdimatı olacaqNoyabrın 4-də Azərbaycan Yazıçılar Birliyinin “Bayatı” kitab mağazasında şair Zərəngiz Dəmirçi Qayalının “Qayalı” kitabının təqdimatı keçiriləcək.
Yazıçılar Birliyindən SİA-ya daxil olan məlumata görə, ədəbi ictimaiyyətin və mədəniyyət işçilərinin iştirakı ilə keçiriləcək tədbirdə təkcə “Qayalı” kitabının məziyyətlərindən deyil, şairin bütövlükdə yaradıcılığından, işıq üzü görən başqa kitablarından da söz açılacaqdır


SIA