Russia Today telekanalı CNN-lə əməkdaşlığa başlayıb

Russia Today telekanalı CNN-lə əməkdaşlığa başlayıb CNN və Russia Today telekanalları CNN World Report layihəsi çərçivəsində əməkdaşlığa başlayıb.

Sözügedən əməkdaşlıq çərçivəsində CNN efirində RT kanalının süjetləri göstəriləcək. CNN kanalında göstərilən ilk veriliş RT-nin müxbiri Pola Slier tərəfindən hazırlanan "Quantanamo məhbusu" adlı reportaj olub. Bu reportajda Quantanamo həbsxanasında rəsmi ittiham irəli sürülmədən 5 il cəza çəkən Əbu Bəkr Kazım haqqında danışılır.

CNN World Reportun bu layihəsi 1987-ci ildə yaradılıb. Layihənin məqsədi dünya tamaşaçılarına o biri olkələrin özlərinə kənardan necə baxıb qiymət verdiklərini göstərməkdir.

Bundan əvvəl də CNN World Reportun layihəsində doqquz rus kanalı iştirak edib.

www.lenta.ru