JURNALİSTLƏR ÜÇÜN TİKİLƏN BİNANIN 5 MƏRTƏBƏSİ HAZIRDIR

JURNALİSTLƏR ÜÇÜN TİKİLƏN BİNANIN 5 MƏRTƏBƏSİ HAZIRDIR“Jurnalistlər üçün tikilən binanın 5 mərtəbəsi artıq hazırdır”. Yanvarın 31-də “Media forum” saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib.

Jurnalistlər üçün bir bina tikilir. Vüqar Səfərli bildirib ki, bina 16 mərtəbəli, 2 blokludur, 2-3 otaqlı mənzillərdən ibarətdir.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru qeyd edib ki, Bakının Bibiheybət qəsəbəsində tikilən binanın mənzilləri 2013-cü ilin sentyabr ayına qədər tam təmir olunmuş şəkildə jurnalistlərin istifadəsinə veriləcək.

2010-cu il iyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.

"Media forum"