Obamanın qələbəsini 65 milyon ABŞ tamaşaçısı izləyib

«Seçki gecəsi»ən böyük auditoriyanı (13,1 milyon tamaşaçı) ABC News telekanalında toplayıb. Bu kanalın aparıcıları noyabrın 4-dən 5-nə keçən gecə səsvermə nəticələrinin translyasiya olunduğu və Nyu-Yorkun Taym-skverdə üç iri videoekrandan efirə çıxıblar. İkinci yeri CNN telekanalı (12,3 milyon), üçüncü yeri isə yenə də 12,3 milyon tamaşaçını toplamış NBC telekanalı tutub.

Xatırladaq ki, ABŞ-ın 44-cü prezidenti uğrunda seçkilər noyabrın 4-də keçirilib. Qələbəni böyük fərqlə Demokrat partiyasının namizədi Barak Obama əldə edib.

Mənbə: lenta.ru