«Bizim yol» qəzetinin məhkum olunmuş jurnalisti 3 saylı islah-əmək müəssisəsinə köçürülüb

«Əvvəllər M.Hüseynov müalicə kursunu Penitensiar Xidmətin tibb müəssisəsində keçib. Jurnalist vərəm xəstəsidir və səhhətində ciddi problemlər müşahidə olunur», - deyə C.Hüseynov bildirib.

Xatırladaq ki, 21 yanvar 2008-ci il tarixində Ağır Cinayətlərə dair Məhkəmə M.Hüseynovu rüşvət aldığına görə 6 il müddətinə azadlıqdan məhrum etmişdir. Apelyasiya məhkəməsi isə jurnalistin cəza müddətini 5 ilə qədər azaltmışdır.

Mənbə: day.az