Jurnalist müsabiqəsinin vaxtı uzadıldı

Jurnalist müsabiqəsinin vaxtı uzadıldıAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan mətbuatının yaranmasının 135 illiyi münasibəti ilə keçirdiyi müsabiqənin vaxtını uzadıb.

Fonddan Lent.az-a bildiriblər ki, bu qərar jurnalistlərin çoxsaylı müraciəti əsasında belə bir qərar qəbul olunub. Belə ki, fond jurnalist yazıları müsabiqəsinin sənəd və yazı qəbulu müddətini 10 iyul saat 16.00 tarixədək uzadıb.