Rupert Merdok The New York Times-ı əldə etmək istəyir

«Mən onun qəzetin nömrələrini necə gözdən keçirdiyini və bu müqəddəs məbədə girəcəyi təqdirdə nəşrin əməkdaşlarının kütləvi şəkildə işi tərk edəcəyi haqqında xəyallara qapıldığını görmüşəm», - deyə Volff yazır. 2007-ci ildə Merdok ABŞ-ın The Wall Street Journal kimi iri qəzetlərindən birini əldə etmişdir. Volffın sözlərinə görə, milyarder hər iki nüfuzlu nəşrə malik olmaq niyyətindədir.

The New York Times ABŞ-ın ən iri ümummilli qəzetidir və onun tirajı bir milyon nüsxədən artıqdır. Hazırda qəzetin maliyyə durumu heç də ümidverici deyil. 2008-ci ilin ikinci kvartalının nəticələrinə görə, nəşrin gəliri 82% aşağı düşüb.

Mənbə: lenta.ru