Mətbuat Şurası milli mətbuatın 135 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb

Mətbuat Şurası milli mətbuatın 135 illiyi ilə bağlı tədbirlər planı hazırlayıbAzərbaycan Mətbuat Şurası milli mətbuatın 135 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlayıb. Şuranın sədri Əflatun Amaşov APA-ya bildirib ki, plana əsasən Bakıda və rayonlarda tədbirlər keçiriləcək: “Biz bu tədbirlərə Həsən bəy Zərdabinin doğulduğu Zərdab rayonundan başlayacağıq”.

Ə. Amaşov xatırladıb ki, bu vaxta qədər Mətbuat Şurası Milli Mətbuat Gününə həsr olunmuş tədbirləri Prezident Administrasiyası ilə birgə keçirirdi: “Artıq mətbuatla bağlı fond yaradılıb və biz bu il tədbirləri KİV-ə Dövlət Dəstəyi Fondu ilə birgə keçirəcəyik”.

Ə. Amaşov iyunun 22-də – Milli Mətbuat Günündə ümumi tədbirin keçiriləcəyini, burada medianın inkişafında xidmətləri olan şəxslərə milli media mükafatının təqdim edəcəyini söyləyib. O bildirib ki, bu mükafat MŞ-nin təşkil etdiyi münsiflər heyətinin müəyyənləşdirdiyi şəxslərə təqdim olunacaq.