"Kitab bayramı - 2010"

"Kitab bayramı - 2010"Mayın 21-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının qarşısındakı bağda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Kitab bayramı - 2010" adlı mərasim reallaşacaq. Tədbir çərçivəsində "Kitabla dünyanı fəth et" mövzusunda kitabların sərgisi təşkil olunacaq. Burada Bakıda fəaliyyət göstərən nəşriyyatlarda çapdan çıxmış kitabların sərgi-satışı da keçiriləcək. "Kitab bayramı -2010"da Bakıdakı musiqi məktəbləri və mədəniyyət evlərinin kollektivləri maraqlı konsert proqramının təşkil edilməsi də nəzərdə tutulub.