"Milli Yol" nəşrinin bərpa etməyə hazırlaşır

"Milli Yol" nəşrinin bərpa etməyə hazırlaşır“Poliqon” İnformasiya Agentliyinin rəhbəri Şahin Ağabəylinin sözlərinə görə, yaxın günlərdə “Milli Yol” qəzeti nəşrini bərpa edəcək.

Ş.Ağabəyli bildirib ki, ölkədə “ciddi qəzet aclığı” duyulmaqdadır: “Çalışacağıq ki, “Milli Yol” bu sosial tələbatı təmin edə bilsin”.

Ş.Ağabəyli qəzetin əvvəlki üslub və mövqeyini qoruyacağını söyləyib.

Qəzet “Durmaq yox! Yola davam!” şüarı ilə çıxacaq.

“Milli Yol” 2003-cü ildə gündəlik qəzet kimi fəaliyyətə başlayıb. 2006-cı ildən həftəlik nəşr olunub. 2009-cu ilin sentyabrından fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Şahin Ağabəylidir.


«Media forum»