Nəbi Xəzri anılıb

Nəbi Xəzri anılıbFevralın 9-da Respublika İncəsənət Gimnaziyasında görkəmli nasir, dramaturq, publisist, şair Nəbi Xəzrinin 85 illik yubileyinə həsr edilən ədəbi-bədii gecə keçirilib.
Gecədə çıxış edən xalq şairi Nəriman Həsənzadə Nəbi Xəzrinin, çinarın, xəzrinin, ləpələrin səsini çox sevdiyi üçün Xəzri təxəllüsü seçdiyini bildirib.
Daha sonra çıxış edən Nəbi Xəzrinin yaxın dostu, xalq şairi Söhrab Tahir isə yubilyarın yalnız Azərbaycan ədəbiyyatında deyil, bütün Şərqdə daha çox lirik şair kimi tanındığını qeyd edib.
Gecədə “Azərbaycan”, “Dərələr”, “Ağ çiçəyim” kimi yüzlərlə şeirin müəllifi olan xalq şairi Nəbi Xəzrinin poeziyasından parçalar səsləndirilib, şairin şerlərinə bəstələnən mahnılar ifa olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO