Nazirlik jurnalistləri mükafatlandırdı

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Azərbaycan Rabitəsinin yaranmasının 129 illiyi ilə əlaqədar jurnalistlər arasında keçirdiyi müsabiqə yekunlaşıb.
Modern.az-ın məlumatına görə, müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan, İKT sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərməkdən, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarət idi.

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirlində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Qaliblər aşağıdakı kimi mükafatlandırılıb:

I yer – Noutbook və printer;
II yer – Noutbook;
III yer – 3G mobil telefonu;
Həvəsləndirici mükafat – rəqəmsal diktafon.
İnformasiya və kommunikasiya texnologiyalarının mediada rolu mövzusunda nominasiya üzrə I yerin sahibi “Olaylar” qəzetinin müxbiri Sevil Yusifova ı, II yerin sahibi “Azəri-Press” İnformasiya Agentliyinin müxbiri Rəşad Süleymanov , III yerin sahibi “Futbol+qol” qəzetinin müxbiri Şirin Şirinov olub.

Azərbaycan telekommunikasiyasının dünəni bu günü mövzusu üzrə I yeri “Futbol+qol” qəzetinin müxbiri İlkin Muradov, II yeri “Palitra” qəzetinin müxbiri Əlimərdan Sultanov , III yeri “Mərkəz” qəzetinin müxbiri Səxavət Həmidli tutub.

Azərbaycan poçtunun dünəni və bugünu mövzusu üzrə I yer “Mövqe” qəzetinin redaktoru İlham Ələsgərovun , II yer “Olaylar” qəzetinin müxbiri Alim Hüseynlinin, III yer “Kaspi” qəzetinin müxbiri Təranə Məhərrəmovanın olub.

İnformasiya və kommunikasiya texnologiyalarının cəmiyyətdə rolu mövzusu üzrə I yerə “Azərbaycan” qəzetinin şöbə redaktoru Xalid Niyazov, II yerə “Azadlıq” qəzetinin müxbiri Fizzə Heydərova, III yerə “Azadinforum” İnformasiya Agentliyinin müxbiri Mübariz Aslanov layiq görülüb.
İnternetin həyatımızda rolu mövzusu üzrə I yeri “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, II yeri “Yeni Azərbaycan” qəzetinin məsul redaktoru Ramil Vəlibəyov, III yeri “Bakı Xəbər” qəzetinin baş redaktorun müavini Tahir Tağıyev tutub.

Həvəsləndirici mükafatları “Bakı Xəbər” qəzetinin müxbiri İradə Sarıyeva, “Xalq cəbhəsi” qəzetinin redaktoru Mahir Həmzəoğlu, “İki sahil” qəzetinin müxbiri Xuraman Məmmədova, “İki sahil” qəzetinin müxbiri Şəmsiyyə Həsənova, “Olaylar” İnformasiya Agentliyinin müxbiri Aygün İbrahimova, “Paritet” qəzetinin müxbiri Ağasəf Babayev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Mövqe” qəzetinin şöbə müdiri Fariz Vəliyev, “Qəzet.az” qəzetinin müxbiri Aqil Hüseynov alıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO