Nazir: I Avropa Oyunlarında Bakı şəhərinin naviqatorundan hər kəs pulsuz istifadə edə biləcək

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə Azərbaycan və Gürcüstanın online naviqasiya sistemi yaradılıb. Naviqasiya sistemi www.gomap.az saytında fəaliyyət göstərir. Trend-in məlumatına görə, sistemi yaradan “SİNAM” şirkətinin layihə rəhbəri Xəqani Nəsibov sistemin təqdimatında bildirib ki, naviqasiya sistemində hər hansı bir obyekt haqqında məlumatlar – telefon nömrələri, e-maili, şəkli, yerləşdiyi ərazi qeyd edilib. Online rejimində işləyən bu sistemə daxil olmaqla bir obyektdən digər obyektə getmə yollarını da öyrənmək olar.

X.Nəsibov deyib ki, şirkət tərəfindən gomap xəritəsi əsasında ” Yollar” adı altında CPS naviqasiya sistemi də yaradılıb. Ancaq bu sistem offline rejimində çalışır. Bu sistemdə əsasən trafik məlumatları yerləşdirilib.

Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev isə təqdimatda deyib ki, oyunların keçiriləcəyi müddət ərzində Bakı şəhərinin naviqatorundan hər kəs pulsuz istifadə edə biləcək. Nazir bunu I Avropa Oyunlarına bir töhfə olduğunu bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO