Naxçıvanın mədəniyyət və incəsənət xadimləri Türkmənistanda Azərbaycanı təmsil edəcək

Naxçıvanın mədəniyyət və incəsənət xadimləri Türkmənistanda Azərbaycanı təmsil edəcək
Naxçıvan. Elmar Hüseynov-APA. 3-6 noyabr tarixlərində Türkmənistanda keçiriləcək Azərbaycan mədəniyyət günlərində Azərbaycanı Naxçıvan Muxtar Respublikasının (MR) mədəniyyət və incəsənət xadimləri təmsil edəcək.
Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, mədəniyyət günləri çərçivəsində muxtar respublika nümayəndələri rəngarəng proqramla çıxış edəcək.
Onlar klassik Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnı və rəqslərini ifa edəcəklər. Mədəniyyət günləri çərçivəsində muxtar respublikada yaşayıb-yaradan rəssamların əsərlərindən ibarət sərgi də təşkil olunacaq.

APA.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO