Naxçıvan qəzetləri Azərbaycanın başqa bölqələrində necə yayılır

Naxçıvan Muxtar Respublikasında çıxan qəzetlər Bakıda və Azərbaycanın başqa bölgələrində yaylırmı? “Media forum” saytı bu sualı “Azərmətbuatyayımı” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Vüqar Səfərova ünvanlayıb. O, muxtar respublikada nəşr olunan qəzetlərin ölkənin digər bölgələrində satışa çıxarılmadığını deyib: “Bu qəzetlərin redaksiyalarından yayım üçün müqavilə bağlamaq təklifi almamışıq”.

“Azərmətbuatyayımı”nın rəhbəri bildirib ki, Naxçıvan Muxtar Respublikasında qəzet-jurnal yayımı ilə Rabitə və İnformasiya Nazirliyinin poçt idarəsi məşğul olur: “Bu bölgədə mətbuat yayımı sistemi özəlləşdirildikdən ifasa uğradı. Naxçıvanda çıxan qəzetlər Bakıya və ölkənin başqa bölgələrindəki abunəçilərə poçtla göndərilir”.

Naxçıvan Muxtar Respublikasının rəsmi portalı (www.nahkchivan.az) bölgədə 9 qəzet, 1 jurnalın çıxdığını bildirir. Bölgənin mərkəzi nəşrləri olan “Şərq qapısı” qəzetinin təsisçisi Ali Məclis və Nazirlər Kabineti, “Naxçıvan” jurnalının təsisçisi Ali Məclisdir.

Başqa nəşrlərin – “Nuh yurdu” (Naxçıvan), “El həyatı” (Ordubad), “Arazın səsi” (Culfa), “Yeni həyat” (Kəngərli), “Oğuz səsi” (Şahbuz), “Oğuz yurdu” (Sədərək), “Şərurun səsi” (Şərur), “Şərqin səhəri” (Babək) qəzetlərinin təsisçiləri yerli icra hakimiyyəti qurumlarıdır.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO