“Naxçıvan milli geyimləri “

"Naxçıvan milli geyimləri"“Naxçıvan milli geyimləri” adlı kitab işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qadir Qədirzadənin rəy verdiyi kitabda maddi mədəniyyətimizin mühüm elementlərindən biri olan geyimlər, onların tarixi, hazırlanma üsulları və növləri haqqında məlumat verilir, milli geyimlərimiz rəngli şəkillərlə oxucuya təqdim olunur.
Yeni nəşrdə Arxeoloji qazıntılar zamanı Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Naxçıvandan tapılmış daş qaşov, sümük, biz və iynə ibtidai insanın dərini ilkin formada emal etdiyini və paltarı əvəz edən geyim növləri hazırladığı sübut olunur. Cəmiyyətin sonrakı inkişafı prosesində sosial-iqtisadi amillərin geyimə təsiri güclənmiş, mövsümi geyim növləri meydana gəlmiş, kişi, qadın, qız və gəlin libası, hətta yaşla bağlı geyimlər biri-birindən fərqlənməyə başlamış, gündəlik, bayram, toy və matəm mərasimi libasları yaranıb. Sözügedən nəşr “Əcəmi” nəşriyyat-poliqrafiya birliyində çap olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO