Naxçıvanda internet tarifləri azaldılıb

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnternet Mərkəzi ADSL internet xidmətləri üzrə tarifləri azaldıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprel ayının 1-dən etibarən muxtar respublikada mərkəzin xidmətlərindən daha sərfəli qiymətlərlə istifadə imkanı yaradılıb.

Belə ki, artıq 256 Kb/s, 512 Kb/s, 1, 2 və 3 Mbit/s sürətlə genişzolaqlı internetdən istifadə üçün abunəçilər müvafiq olaraq 7, 10, 15, 20 və 30 manat məbləğində aylıq abunə haqqı ödəyəcəklər. Bununla yanaşı, 4,5,6 və 8 Mbit/s sürətlə genişzolaqlı internet xidməti müvafiq olaraq 50, 70, 90, 100 manat tarifi ilə təqdim ediləcək. Qeyd edək ki, birdəfəlik qoşulma haqqı 10 manat təşkil edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO