NATO rəsmisi: Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən narahatıq

Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin hərbi yolla həll variantı yoxdur. Trend-in məlumatına görə, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay “Azernews” qəzetinə eksklüziv müsahibəsində deyib.
C.Appaturay siyasi proseslərin nəticə verəcəyinə ümid etdiyini bildirib. Bununla belə, C.Appaturay NATO-nun münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda birbaşa rolunun olmadığını diqqətə çatdırıb:
“Biz Minsk prosesini dəstəkləyirik. Eyni zamanda, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən narahatlığımızı ifadə edirik”.
C.Appaturay əlavə edib ki, NATO yalnız əlavə rol oynamaqla, çoxtərəfli görüşlər çərçivəsində Azərbaycan və Ermənistandan olan siyasətçilər, diplomatlar və hərbçilər arasında təmasların qurulmasına şərait yarada bilər.
C.Appaturay bu cür təmasların müsbət nəticələr verə biləcəyinə ümid etdiyini bildirərək ötən il Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlətinin görüşünün baş tutumasından məmnun olduğunu diqqətə çatdırıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO