Natella Osmanlının “Lollipop”u

Natella Osmanlının “Lollipop”uYazarımızın kitabının namizədliyi nüfuzlu ədəbiyyat mükafatına təqdim olunub“Əli və Nino” nəşriyyat evinin dəstəyi ilə nəşr edilmiş Natella Osmanlının “Lollipop” adlı kitabı Rusiyanın “Novaya Slovesnost (NOS)” ədəbiyyat mükafatına təqdim olunub. Nəşriyyat evindən ANS PRESS-ə verilən məlumata görə, hər il keçirilən “NOS” ədəbiyyat mükafatı rus dilində çap edilən müasir ədəbi əsərlərdə yeni tendensiyaların müəyyənləşdirilməsi və ədəbiyyatın inkişafı üçün Rusiyanın məşhur yazıçısı Mixail Proxorovun xeyriyyə Fondu tərəfindən təsis olunub.

Natella Osmanlının psixoloji romanı – qeyri-trivial süjetlərdən, parlaq obrazlardan, özünəməxsus ezoterika, erotika və fəlsəfi məqamlardan ibarətdir. Kitabda həm qrafik təsvirlər, həm də rəsmlərin reproduksiyaları yerləşdirilib.

Mükafatın qaydalarına görə qalib gəlmiş yazar 700 000 rubl məbləğində mükafat alacaq (təxminən 22.000 ABŞ dolları) və qalibin adı 2011-ci ilin yanvar ayında elan ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO