“Ən yeni ədəbiyyat ” seriyasından 3 kitabın təqdimatı keçirləcək

Sentyabrın 3-də “Əli və Nino” kitab kafesində “Qanun” nəşrlər evinin “Ən yeni ədəbiyyat” seriyasından nəşr etdiyi yeni kitabların təqdimat mərasimi keçiriləcək. Bunlar, Günel Mövludun “5XL” (bu bir bədən ölçüsüdür)”, İlqar Fəhminin “Bakı tarixindən kollaj”, Nərmin Kamalın “Aç mənəm” kitablarıdır. Bu barədə nəşrlər evindən məlumat verilib. Məlumat üçün bildirək ki, “Qanun” nəşrlər evi “Ən yeni ədəbiyyat” layihəsinə 2009-cu ilin oktyabr ayından start verib. Bu günə kimi 6 kitab işıq üzü görüb. Layihəyə daxil olan kitablar nəşriyyatın hesabına nəşr edilir. Məqsəd Azərbaycanın gənc istedadlarına dəstək olmaqla yazarların kitab çapı kimi çətinlikdən qopub enerjilərini daha çox yaradıcılıq məsələlərinə sərf etməsi və Azərbaycan oxucusunun uzun durğunluqdan sonra yenidən ədəbi aləmə, kitaba qaytarılmasıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO